Hadisə bu gün saat 17:00 radələrində Göyçay şəhərində baş verib.
Göyçay sakini, 1987-ci il təvəllüdlü Abdullayev Tərlan Füzuli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib. Koma vəziyyətinə düşən T. Abdullayev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan xəstənin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az