İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib.
Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, \”BEKO\” markalı paltaryuyan maşın və kondisioner yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
İnterpress.az