Artıq Neftçala Əməliyyat Şirkətinin (“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqları) rəhbərliyi 100 qədər işçisinə məcburi ərizə yazdırmaqla yanvar ayında ödənişsiz bir aylıq məzuniyyətə göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı verib. Onun szölərinə görə, gələn ay növbəti qrup ödənişsiz məzuniyyətə göndəriləcək. Ödənişsiz məzuniyyətə göndərilənlər əsasən fəhlələrdir.Onların orta əmək haqqı 200-250 manat civarındadır.
Qeyd edək ki, Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur- Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company. Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir.
İnterpress.az