Bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.
Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.
Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.
İnterpress.az