Rövşən Lənkəranskinin “qara siyahısından” daha bir ölümbackend

Rövşən Lənkəranskinin “qara siyahısından” daha bir ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kriminal aləmdə Qiqa Dudubiyski kimi tanınan “oğru”ya naməlum killer dekabrın 29-da sui-qəsd edib. Evində, kompyuterin arxasında oturan “oğru” aldığı güllə yaralarından dərhal xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.

Qeyd edək ki, Burduli 2013-cü ildə Yunanıstanda “taclandırılıb”. Onunla bərabər İslam Bolşoy, Paata Samtredski, Mamuka Çiçxin, İrakli Keme, Nado Qaldanski, Zurika və Abu da “oğru” adını alıb. Onların “xaç atası” isə Vaja Biqanişvili, Çiro Qalski ilə bərabər azərbaycanlı “oğru” Qoca Bakinski də olub. Qoca Bakinski həmin ilin yayında İstanbulda öldürülüb və Bakıda dəfn olunub. Qətlin sifarişçisi kimi Rövşən Lənkəranskinin adı hallandırılıb. Qoca ilə bərabər onun “xaç atası” olduğu “oğru”ların da R.Lənkəranskinin “qara siyahısında” olduğu bildirilirdi.

Məlumatlara görə, öldürülən “oğru” son illər Neapolda yaşayıb. Hadisədə adı hallanan R.Lənkəranski İtaliyada yenidən beynəlxalq axtarışa verilib. O, mütəşəkkil cinayətkarlıq, saxta sənədlərin istifadəsi, çirkli pulların yuyulmasında ittiham edilir.

Elnarə
İnterpress.az