İnterpress.az xəbər verir ki, bunu İngiltərənin “The Mirror” qəzeti Türkiyə kəşfiyyatına istinadən yazıb.
Qəzetə xəbər verən mənbənin sözlərinə görə, Parisdəki terror aktında suçlanan Bumeddini İstanbul hava limanında türk mafiyasının iki üzvü qarşılayıb. Terrorçu Şanlıurfa şəhərinə, oradan da Türkiyə – Suriya sərhədinə aparılıb. Oradan da İŞİD-ın nəzarətində olan bölgəyə keçirilib.
İŞİD-in qadının keçirilməsi üçün böyük məbləğdə pul ödədiyi deyilir. Nəşrin yazdığına görə, Türkiyə kəşfiyyatının əlində telefon danışıqları və videogörüntülər var.
Fransa polisi Hayat Bumeddini terrorçu Amedi Kulibalinin cinayət ortağı sayır. Baxmayaraq ki, törədilən hücum zamanı qadın Fransadan kənarda olub.
İnterpress.az