Trampın Zelenski ilə görüşdə göstərdiyi “V” işarəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Sosial şəbəkələrdə Donald Trampın Vladimir Zelenski ilə görüşü zamanı əli ilə göstərdiyi “V” işarəsi ilə bağlı müxtəlif nəzəriyyələr yayılmağa başlayıb.
İddialara görə, bu, masonların məxfi rəmzidir və qələbəni, eləcə də rəqib üzərində tam hakimiyyət və üstünlüyü nümayiş etdirmək üçün istifadə olunur.
İstifadəçilərin digər hissəsi isə bunun sadəcə mühafizə xidmətinə verilən bir işarə olduğunu düşünür.
Xuraman Etibarlı
İnterpress.az






