Narkozdan sonra rus dilini unudan müəllim ingiliscə danışmağa başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Vladimirdən olan 28 yaşlı ingilis dili müəllimi Aleksandr planlı kolonoskopiya prosedurundan sonra ana dilini unudub.
İlk dəfə narkoz alan pasiyent ayıldıqdan sonra rusca danışa bilməyib və yalnız ingiliscə ünsiyyət qurub.
Həkimlər bir saatdan çox onu özünə gətirməyə çalışıblar və hətta həyat yoldaşını yanına çağırıblar. Lakin kişi qışqıraraq ingiliscə nəyisə izah etməyə davam edib.
O, yalnız bir neçə saatdan sonra ayaqyoluna getmək istədiyini bildirərək yenidən rus dilində danışmağa başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






