Əcnəbilər polis qiyafəsində 128 kiloqram narkotiki ələ keçirməyə CƏHD ETDİbackend

Əcnəbilər polis qiyafəsində 128 kiloqram narkotiki ələ keçirməyə CƏHD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda iki əcnəbi polis əməkdaşı kimi davranaraq 128 kiloqram marixuananı ələ keçirməyə çalışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağıstanda iki xarici vətəndaşın polis əməkdaşları kimi davranaraq böyük həcmdə narkotik maddəni ələ keçirməyə çalışdığı bildirilir.

Məlumata görə, onlar Mahaçqalaya külli miqdarda narkotik yükü olan gəminin gələcəyini öyrəniblər.

Əcnəbilər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim olunaraq içərisində 128 kiloqram marixuana olduğu bildirilən kisələri götürməyə cəhd ediblər.

Xuraman Etibarlı

İnterpress.az