İngiltərədə 14 yaşlı məktəbli keçmiş sevgilisinə bıçaqla hücum edib
İnterpress.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
İngiltərədə 14 yaşlı yeniyetmə ayrıldığı qızı mağazanın yaxınlığında izləyərək ona bıçaqla hücum edib. Hadisə zamanı mağaza satıcısı müdaxilə edərək qızı xilas edib, özü isə yaralanıb.
Məhkəmə yeniyetməyə bir il psixoloqla işləmək cəzası verib və üç il ərzində zərərçəkənə yaxınlaşmağı qadağan edib.
Hakim hücum edən şəxsin təhlükəli təsir bağışlamadığını bildirib.
Hadisədən sonra qızda təşviş yaranıb və yanında kimsə qəfil əlini qaldırdıqda diksinir.
Xuraman Etibarlı
İnterpress.az






