Futbolçu Şamil Həsənov narkotik işi üzrə HƏBS EDİLDİbackend

Futbolçu Şamil Həsənov narkotik işi üzrə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anji”nin sabiq futbolçusu Şamil Həsənov narkotik işi üzrə Moskvada həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb.

İstintaqın versiyasına görə, 32 yaşlı futbolçu narkotik maddənin gizlədildiyi yeri götürmək üçün gəlib və yaşayış binasının girişində saxlanılıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin müddətini noyabrın 22-dək uzadıb.

Həsənovu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az