Rusiyada seçki zamanı seyf-paket aşkarlayan müşahidəçi qəfil ÖLDÜbackend

Rusiyada seçki zamanı seyf-paket aşkarlayan müşahidəçi qəfil ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdə seçki müşahidəçisi Darya Dyukova vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Rassvet” hərəkatının fəalı və Rusiya Kommunist Partiyasından müşahidəçi olan Darya Dyukova seçkilərdən sonra qəfil vəfat edib.

Yaxınlarının sözlərinə görə, seçki günlərində o, ciddi şəkildə yorulub və qan təzyiqi yüksək olub.

Dyukovanın səsvermə zamanı “Yedinaya Rossiya”ya 100 faiz səs verilmiş bülletenlərin olduğu seyf-paketi aşkarladığı bildirilir.

Permdə seçkilər zamanı müşahidəçilərin bülletenlərin saxlanması ilə bağlı müxtəlif pozuntular barədə məlumat verdiyi də açıqlanıb.

Xuraman Etibarlı

İnterpress.az