Krasnoyarskda ayı qadına həyətində hücum edərək ÖLDÜRDÜ – VİDEObackend

Krasnoyarskda ayı qadına həyətində hücum edərək ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarsk diyarında ayı qadına evinin həyətində hücum edərək öldürüb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Krasnoyarsk diyarının Voznesenka kəndində 51 yaşlı qadın evinin həyətində mal-qaraya yaxınlaşmağa çalışan ayının hücumuna məruz qalıb.

Yerli sakinlərin sözlərinə görə, yırtıcı qadını öldürüb və meyiti ağacın yaxınlığında gizlədib.

Aqressiv ayı qadının qonşusu tərəfindən vurularaq öldürülüb. Heyvanın cəsədi daha sonra zibilxananın yaxınlığında aşkarlanıb.

Mərhumun himayəsində yeddinci sinifdə oxuyan qızı və doqquzuncu sinif şagirdi olan oğlan olub.

Məlumata görə, bölgədə ayıların sayı bir il ərzində 2,5 dəfə artaraq 26 minə çatıb.

Ayı hücumları nəticəsində altı nəfərin ölməsindən sonra İstintaq Komitəsi cinayət işi açıb və diyarın Təbii Sərvətlər Nazirliyində axtarışlar keçirib.

Xuraman Etibarlı

İnterpress.az