Azərbaycan Çinə ixrac missiyası göndəribbackend

Azərbaycan Çinə ixrac missiyası göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 13-18 may tarixlərini əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarlari və Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

İnterPress.Az