Buryatiyalı şaman slavyan tanrılarından üzr istəmək üçün 60 dəvə qurban kəsməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Buryatiyada şaman Artur Tsıbikovun təşkil etməyi planlaşdırdığı qurbanvermə mərasimi müzakirələrə səbəb olub.
O, bir il ərzində hər ay 5 dəvə olmaqla ümumilikdə 60 dəvəni qurban verməyi nəzərdə tutur.
Şamanın sözlərinə görə, mərasimin məqsədi slavyan tanrılarından üzr istəmək, onlardan kömək və dəstək diləmək, həmçinin yaxşılıqlar üçün dua etməkdir.
Qeyd edək ki, Tsıbikov 2019-cu ildə də qurbanvermə mərasimi keçirərək 5 dəvəni yandırıb. Bundan sonra o, Rusiya Şamanlar Şurasından xaric edilib və prokurorluq tərəfindən yoxlamaya cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






