Rusiya Xəzər və Qara dəniz limanlarını birləşdirməyi təklif edirbackend

Rusiya Xəzər və Qara dəniz limanlarını birləşdirməyi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz İşləri üzrə naziri Sergey Çebotaryov bildirib.

\”Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk, Krım və digər limanlara gedəcək. Bax orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik\”, – nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tranzit potensialını aktiv şəkildə inkişaf etdirir və Xəzər dənizi və Qara dəniz vasitəsilə kommunikasiya axınları yaradır.

İnterPress.Az