“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilibbackend

“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, tədbirdə Akademiyanın müəllim-professor və kursant heyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri Tərlan Quliyev və AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva iştirak ediblər.

Əvvəlcə Akademiyanın rəis müavini Elşad Nəsirov Azərbaycan Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra videoçarx nümayiş olunub.

Akademiyanın fakültə rəisi Cəlal Qasımov İmadəddin Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tərlan Quliyev İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirən mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışıb.

Səadət Şıxıyeva Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini və insani məhəbbəti tərənnüm etdiyini bildirib. Məruzəçi anadilli şeirin humanist ideyalarla, yəni məzmun, geyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri barədə söhbət açıb.

Sonra kursantların ifasında İmadəddin Nəsiminin qəzəllərinin söylənilməsi və şairin məhkəmə səhnəsini canlandırmaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

İnterPress.Az