Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşibbackend

Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az \”Volleyball.it\” saytına istinadən xəbər verir ki, yığma italiyalı Covanni Kapraraya həvalə olunub. 57 yaşlı mütəxəssisin köməkçisi Marsello Çervellin olacaq. Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək.

Baş məşqçinin yeni kollektivlə əsas məqsədi 2 – 4 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir. Azərbaycan yığmasının rəqibləri D qrupunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikasıdır.

Qeyd edək ki, Azərbaycan millisi mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. Komanda ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq. Kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq. Yığma 23 avqust – 8 sentyabrda Türkiyənin İstanbul şəhərindəki Avropa çempionatında Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə eyni qrupda yer alıb.

İnterPress.Az