Karate üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcəkbackend

Karate üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Karate Federasiyasından İnterpress.az-a bildiriblər ki, bu dəfə “Olimpiya ümidləri” adlandırılan yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Sentyabrın 28-də saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl tanınmış Azərbaycan karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.

İnterpress.az