Ukrayna Usmanov və Fridmanı yenidən sanksiya siyahılarına qaytarmağa çalışacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Avropa Həqiqəti” məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmanı sanksiya siyahılarına yenidən daxil etmək üçün danışıqlar aparacaq.
Sibiqanın sözlərinə görə, Ukrayna artıq 20-dən çox rusiyalı oliqarxın daxil olduğu yeni siyahı hazırlayıb və Usmanovla Fridmanın da yenidən sanksiyalara məruz qalması üçün prosesin rəsmiləşdirilməsi üzərində işləyir.
Xuraman Etibarlı
İnterpress.az






