İsmayıllıda yolu keçən piyadanı maşın vuraraq öldürübbackend

İsmayıllıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumatına görə, noyabrın 2-də saat 19 radələrində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində Şəki rayon sakini P.Vahabov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İfadə Rəhimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.