Məşhur repçi stüardessanı irqçilikdə günahlandırıbbackend

Məşhur repçi stüardessanı irqçilikdə günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “The Black Eyed Peas” qrupunun yaradıcısı və lideri Uilliam Adams, “Qantas” hava yollarının stüardessasını irqçilikdə günahlandırıb.

Belə ki, musiqiçi Avstraliyanın Brisben şəhərindən qayıdırmış. Sidney hava limanına çatdıqdan sonra 44 yaşlı musiqiçi stüardessa ilə dalaşdığı üçün baş verən hadisə səbəbindən polis tərəfindən tutulub.

Daha sonra repçi, “Tvitter” hesabında baş verən xoşagəlməz hadisə ilə bağlı paylaşım edib:

“Mən onun irqçi olduğuna inanmaq istəmirəm. O, açıq şəkildə məyusluğunu yalnız “rəngli” insanlara bildirdi”.

Uilyamın sözlərinə görə, uçuş zamanı adi işi ilə məşğul olurdu – noutbukda musiqi yazırmış. Səs-küyü ləğv edən qulaqcıqlardan istifadə edən repçi təyyarədə stüardessa tərəfində səslədirilən elanları eşitməyib. Stüardessa ondan hər şeyi kənara yığışdırmağı istəyib və repçi bunu etdiyini söyləyir. Lakin stüardessa hadisədən qəzəblənərək yerə endikdən sonra polisə zəng edib. Polis isə musiqiçini saxlayıb.

“Daily Mail”in aldığı məlumata görə, uçuşdakı digər sərnişinlər iddia ediblər ki, qulaqlıq hadisəsindən öncə təyyarəyə 50 Cent adlı gitaraçı özü ilə gitara gətirib və onu çalmağa başlayıb. Gitaraçının bu hərəkəti stüardessanı özündən çıxardıb. Qarşı tərəf isə mübahisəyə girərək, təyyarədə dava salıb.