Bunun üçün yeni qonşularının ifadə xüsussiyyətlərini və aşağı tezlikli səslərini dəyişərək istifadə edib. Ilk dəfə sənədləşdirilən meymunun əcnəbi ifadələri öyrənməyi insanın dil özəlliyinin unikallığını şübhə altına alıb.
İnterpress.az xəbər verir ki,York Universitetindən olan Keti Slokomb qrupu Edinburq zooparkında saxlanılan şimpanzenin səsi yazıb. Alimlər 6 yerli və 7 Niderlanddan qonaq gəlmiş meynunun üzərində işləyiblər. Çığırtıların akustik analizini aparan bioloqlar aşkar ediblər ki, 3 ildə “holland” meymunların səsləri tədricən dəyişərək yerli “danışığ”a bənzəməyə başlayıb.
Şimpanzelər yeni qonşularıyla dostlaşıb, yaxın münasibətlər qurublar. Beləliklə meymunlar insanlar kimi yad dili götürüb və yeni kollektivə alışıblar.
Yeni araşdırmalar insanla meymun arasında prinsipial fərqi sual altında qoyur. Hesab olnurdu ki, şimpanzelərin danışığı bir yığın çığırtıdan ibarətdir. İnsanlar isə ifadə etdiklərini idarə etmək bacarığına sahibdilər. Buna görə də yeni sözlər və dillər öyrənə bilir. Lakin son tədqiqat bu fikri şübhə altına salır.
“Biz göstərdik ki, şimpanze çığırtılarının strukturunu necə dəyişir. Hollandca “alma” şotlandca “alma”dan fərqləndi”-deyə Slokomb yazır.
Alimin sözlərinə görə, şimpanzelər yeni “sözləri” təbii şəraitdə də öyrənə bilərlər: “Bu növün dişiəri dəfələrlə bir qrupdan digərinə gedir. Onun bu yerdəyişmələrlə ifadələrini dəyişməsini öyrənmək maraqlı olardı”.
Tədqiqatçılar fikrincə, araşdırmalara görə bu qənaətə gəlmək olar ki, pirimatlar arasında yeni “söz”lər öyrənmək bacarığı 6 milyon il əvvəl də meydana çıxa bilərdi. O zaman insanın meymnabənzər pirimatlardan ayrıldığı iddia olunur.
İnterpress.az