1265 — Moğol hökmdarı Hülaku xan vəfat edib.
1587 — Şotland kraliçası Mariya Stüart edam edilib.
1672 — İngilis fizik İssak Nyuton \”İşığın təbiəti haqqında\” tədqiqatını açıqlayıb.
1725 — Rus çarı I Pyotr vəfat edib.
1806 — Rusiyanın Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə (Gülüstan müqaviləsi) Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.
1828 — İranla növbəti müharibə (1826-1828) gedişində Cənubi Azərbayjan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılmışdı.
1828 — Fransız yazıçı Jül Vern anadan olub.
1834 — Rus kimyaçı Mendeleyev anadan olub.
1867 — Avstriya-Macarıstan dövləti təşəkkül tapıb.
1904 — Yaponlar Port-Artura hücum edib. Rus Yapon müharibəsi başlayıb.
1907 — Təbrizdə şah rejiminə qarşı silahlı üsyan başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbayjana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
1918 — Tiflis Dövlət Universiteti təşkil edilib.
1930 — Vatikan Sovet İttifaqında xristianların təqib edilməsinə etiraz edib.
1963 — Əbdüssalam Arifin başçılıq etdiyi BƏƏS partiyası İraqda hakimiyyəti ələ keçirib.
1994 — Ukrayna \”NATO ilə əməkdaşlığa dair çərçivə Sazişi\”ni imzalayıb.
1994 — Prezident Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sazişlər imzalanmış, Azərbaycana Türkiyə biznesinin cəlb edilməsi yönündə razılaşmalar əldə edilmişdi.
İnterpress.az