Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.
Trend-in məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər.
Ailə üzvlərinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az






