Rusiya qəsdən destabilizasiyadan istifadə edir – Almaniya əks-kəşfiyyatının rəhbəribackend

Rusiya qəsdən destabilizasiyadan istifadə edir – Almaniya əks-kəşfiyyatının rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kəşfiyyatı Rusiyanın Avropaya qarşı uzunmüddətli hibrid hücumları barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin rəhbəri Sinan Selen açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Almaniyada və digər Avropa ölkələrində gizli hücumları və sabitliyi pozmağa yönələn cəhdlərini davam etdirəcək.

Selen bildirib ki, Rusiyanın hibrid hücumlarının intensivliyi, sürəti və miqyası artır. O, bunun müvəqqəti hal deyil, uzunmüddətli hibrid hücum olduğunu vurğulayıb.

Almaniya əks-kəşfiyyatının rəhbərinin fikrincə, Moskvanın “aqressiv və revizionist addımları” Avropanın təhlükəsizlik sisteminə qarşı yönəlib.

“Rusiya bizi zəiflətmək, qeyri-müəyyənlik yaratmaq və cəmiyyətimizi parçalamaq üçün sabitliyin pozulmasından məqsədyönlü şəkildə istifadə edir”, – Selen bildirib.

Xuraman Etibarlı

İnterpress.az