İranla müharibə Polşaya ABŞ istehsalı “Patriot” raketlərinin tədarükünü gecikdirə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Polşa ordusunun əməliyyat qüvvələrinin komandanı, general İreneuş Novak bildirib ki, ABŞ istehsalı olan PAC-3 MSE raketlərinin tədarükü mütləq gecikəcək.
Bu raketlər “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunur.
Məlumata görə, ABŞ daha əvvəl Avropadakı müttəfiqlərini silah tədarükündə mümkün gecikmələr barədə xəbərdar edib.
Buna səbəb İranla müharibənin ABŞ-nin silah ehtiyatlarını azaltmasıdır.
Xuraman Etibarlı
İnterpress.az






