Uşaqdan sonra ər-arvad münasibətləri: Kişilər diqqətsizlikdən ŞİKAYƏTLƏNİRbackend

Uşaqdan sonra ər-arvad münasibətləri: Kişilər diqqətsizlikdən ŞİKAYƏTLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada kişilər uşaq doğulduqdan sonra özlərini ailədə lazımsız hiss etdiklərini deyirlər.

İnterpress.az xəbər verir ki, psixoloqların fikrincə, Rusiyada gənc atalar arasında övlad dünyaya gəldikdən sonra ailədə diqqətdən kənarda qalmaq hissi ilə bağlı şikayətlər artır.

Məlumata görə, bəzi kişilər uşağın doğulmasından sonra həyat yoldaşlarının onlara əvvəlki kimi diqqət göstərmədiyini, mehribanlığın azaldığını və söhbətlərin əsasən uşaqlarla bağlı olduğunu bildirirlər.

Onların sözlərinə görə, özlərini ailədə ikinci plana atılmış kimi hiss edir, həyat yoldaşlarının onlara yalnız pul və ya kömək lazım olanda müraciət etdiyini düşünürlər.

Bu vəziyyətin təsiri ilə bəzi ataların bütün diqqətlərini işə yönəltdikləri qeyd olunur. Qadınlar isə öz növbəsində həyat yoldaşlarının onları anlamadığını düşünürlər.

Xuraman Etibarlı

İnterpress.az