Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində iki nəfər varbackend

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində iki nəfər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər müşahidə altında saxlanılır.

İnterpress.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə daha əvvəl məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs isə 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib.

Hərarəti normadan bir qədər yüksək olduğu üçün o, KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Onların həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti isə fevralın 18-də bitir.

İnterpress.az