Türkiyədə 420.743 türk lirəsi məbləğində cərimələnən 26 yaşlı gənc intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Biləcik vilayətində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi və polisin “dayan” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşdığı bildirilən 26 yaşlı Harun Özkan 420 min 743 türk lirəsi (təxm. 15 min 276 man) məbləğində cərimələnib.
Məlumata görə, inzibati prosedurlar başa çatdıqdan sonra gənc evinə qayıdıb.
Bir müddət sonra onun ov tüfəngi ilə özünə atəş açaraq həyatına son qoyduğu bildirilir.
Hadisənin başvermə şəraiti və intihara səbəb olan amillərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






