Omskda 15 yaşlı məktəbli naməlum virusdan ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Omskdan olan 9-cu sinif şagirdi naməlum virusdan ölüb.
Əvvəlcə onun hərarəti 38°C-ə qalxıb, sonra isə qəfildən 34°C-yə düşüb.
15 yaşlı mktəbli martın 3-də xəstələnib. Qızın hərarəti 38,4°C-ə yüksəlib və bir neçə gün davam edib.
Valideynlər kömək üçün həkimlərə aparıblar. Həkimlər soyuqdəymə kimi müalicə təyin edib, tövsiyələr verib və onları evə göndəriblər.
İki gün sonra, martın 8-də məktəbli qızın hərarəti qəfildən 34,7°C-ə düşüb.
Yaxınları təcili yardım çağırıb, o, qızı yalnız müayinə edib, sonra çıxıb gedib.
Ertəsi gün qızın qəflətən halı pisləşib və sonra qusmağa başlayıb, bir müddət sonra o ölüb.
İlkin versiyaya görə, həkimlər səhv diaqnoz qoyublar.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az