İrkutsk vilayətində mühafizəçi zədələnmiş vaqona görə döyülərək öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İrkutsk vilayətində meşə tədarükü bazasında işləyən 46 yaşlı mühafizəçi avtomobili yerindən dəyişdirərkən təsadüfən başqa şəxsə məxsus vaqona çırpılıb.
Məlumata görə, tikilinin sahibi hadisəni gördükdən sonra mühafizəçiyə hücum edib. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhumun bacısı onunla əlaqənin kəsildiyini bildirdikdən sonra polisə müraciət edib.
Şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az






