Üçüncü dəfə evdən gedən gənc ana Bakıda tapıldıbackend

Üçüncü dəfə evdən gedən gənc ana Bakıda tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

Bu barədə “Report”a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib.

B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək.

Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedib.