Braziliyada 19 il evli olan cütlük bacı-qardaş olduqlarını öyrənib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Braziliyada ər və arvadın gözlənilmədən doğma bacı-qardaş olduqları üzə çıxıb.
Adriana və Leandro artıq 19 ildir ki, münasibətdədirlər və onların bir qız övladı var. Cütlüyün ortaq cəhətləri çox olub – həm Adriana, həm də Leandro uşaqlıqda anaları tərəfindən tərk ediliblər.
Bir gün Adriana doğma anasını tapmaq üçün Braziliyada yayımlanan “Məni gözlə” tipli televiziya verilişinə müraciət edib. Möcüzə baş verib və qadın tapılıb.
Efir zamanı ana etiraf edib ki, onun Leandro adlı bir oğlu da var və o da anasını tanımır. Məlum olub ki, bu Leandro elə Adriananın həyat yoldaşıdır.
Həqiqət üzə çıxdıqdan sonra bacı və qardaş qan qohumluğu (insest) faktına baxmayaraq ayrılmamaq qərarına gəliblər.
Onlar bir-birlərini sevdikləri üçün münasibətlərini davam etdirəcəklərini bildiriblər.

Xuraman Etibarlı
İnterpress.az






