2027-ci ildən YENİ QAYDA: Bu xəstəlikləri olanlar sürücülük hüququndan MƏHRUM EDİLƏCƏKbackend

2027-ci ildən YENİ QAYDA: Bu xəstəlikləri olanlar sürücülük hüququndan MƏHRUM EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2027-ci ildən yeni tibbi göstərişlərə görə sürücülük vəsiqəsindən məhrumetmə tətbiq edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.

Rusiyada 2027-ci ilin mart ayından etibarən sürücülük vəsiqəsindən məhrum edilmə üçün yeni tibbi göstərişlərin qüvvəyə minməsi gözlənilir.

Dövlət Dumasından verilən açıqlamaya görə, söhbət ağır psixi pozuntular, epilepsiya və görmə qabiliyyətinin ciddi şəkildə pozulmasından gedir.

Təklif olunan qaydalara əsasən, bu növ xəstəlikləri olan şəxslər sükan arxasına keçmək hüququndan məhrum ediləcəklər.

Lakin müsbət məqam odur ki, əgər şəxs tam sağalarsa və tibbi komissiyadan keçərsə, sürücülük vəsiqəsinin ona geri qaytarılacağı vəd edilir.

Hazırda qanun layihəsi üzərində işlər davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az