2335 məktəbdə şagird sayı 200 nəfərdən azdırbackend

2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır.

İnterpress.az-ın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, digər məktəblərdə şagird sayları əsasən aşağıdır: “Ümumiyyətlə, 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən  azdır. Digər 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problemlə üzləşəcəyimizi düşünmürük. Amma bununla bağlı daha detallı təhlilə baxsaq, cəmi 338 sinifdə  şagird sayı 40-dan yuxarıdır. Bunlar bizə problemli siniflər kimi görünür, o mənada ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsi sualı var. Yerdə qalan 99,5 % sinifdə şagird sayı 40-dan aşağıdır. Yəni həmin siniflərdə yarım qruplardan danışanda 20 nəfərdən az haqqında danışırıq. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil.

Biz daha çox Bakı və Abşeron ərazisində, xüsusilə də bəzi qəsəbələrin ərazisində yerləşən məktəblərdən danışırıq. Bu məktəblərin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron rayon Təhsil İdarəsi tərəfindən, eyni zamanda digər yerli təhsil idarəetmə orqanları tərəfindən müvafiq planlar əsasında fəaliyyət göstərməsini planlaşdırırıq”.

 

İnterpress.az