İnterpress.az xəbər verir ki, Avropanın lokomotiv ölkəsi sayılan Almaniya, sahib olduğu yüksək texnologiya və digər Avropa ölkələrinə nisbətən daha möhkəm maliyyə quruluşuna görə önə çıxır.
Hava yolu, Texnologiya, Avtomobil …
Ancaq son zamanlarda beynəlxalq səviyyədə qəbul olunan, hava yolu, texnologiya, bank, avtomobil, enerji və səhiyyə kimi sektorlarda fəaliyyət göstərən bəzi böyük Alman firmaları maliyyə və inzibati baxımdan çətin günlər keçirir.
VOLKSWAGEN
ABŞ Ətraf Mühiti Mühafizə Agentliyi (EPA) əməkdaşları, 18 Sentyabrda Alman avtomobil istehsalçısı Volkswagenin (VW) bu ölkədə satılan bəzi vasitələrində yalnış bir proqramla işlənmiş emissiya testlərində manipulyasiya edildiyini və bu şəkildə ətraf mühitin 40 qat daha çox çirkləndirdiyini açıqlamışdı.
Tərkibində Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat və Skoda markaları olan Volkswagen qrupu, dizel avtomobillərinin ətraf mühiti çirkləndirən zərərli qazların testi skandalı uzun müddətdir gündəmi məşğul edir. VW-in 78 illik tarixindəki ən böyük qalmaqalın ardından həyata keçirilən daxili istintaqda, 10 üst səviyyə idarəçinin işinə son verildi. Firmanın Üst İdarəçisi (CEO) Martin Winterkorn da istefaya məcbur edildi. Daha sonra isə yeni CEO olaraq Matthias Müller təyin edildi.
Dünyada təxminən 11 milyon dizel motorlu vasitənin bu emissiya testi manipülasiyasından təsirləndiyi dilə gətirildi. Skandaldan sonra firmanın Almaniyadakı mərkəzindən bu mövzudakı zərərin qarşılanması üçün 6,5 milyard avroluq büdcə ayrıldığı açıqlandı.
Yaşanan hadisələr, şirkətin maliyyə hədəflərini də təsir etdi. VW-in ilin 3. Rübündə fəaliyyət zərəri isə 3 milyard 479 milyon avro oldu. Beləcə 15 il bütün rüblər ərzində ilk dəfə fəaliyyət zərəri edən şirkətin rəhbərləri bu ay, dünya üzə avtomobil satışlarını 2015 Yanvar-noyabr dövründə 4,5 faiz azaldığını qeyd etdi.
OPEL
Bir digər pis xəbər Alman avtomobil firması Opelin səlahiyyətliləri tərəfindən gəldi. Firma keçən ilin dekabr ayında Almaniyanın “Bochum” şəhərindəki avtomobil zavodunun bağlanacağını dilə gətirdi.
Bochum şəhərində təxminən 50 ildir istehsal ilə məşğul olan Opel firmasının ölkədəki ən böyük ikinci istehsal yerinin bağlanmaması üçün şirkət işçiləri, siyasətçilər və müxtəlif peşə sahibləri səy sərf etdi.
Çox sayda Türk işçinin də çalışdığı fabrikin bağlanmasıyla təxminən 3 min adamın işsiz qaldığı dilə gətirilir.
MERCEDES
Avtomobil sektorunun bir digər əhəmiyyətli nümayəndəsi Mercedes isə hüquqi baxımdan bir sıra problemlər yaşayır. Dekabr ayında Avropa Birliyi (AB), Almaniyaya “Daimler AG” şirkəti tərəfindən istehsal edilən Mercedes marka avtomobillərin kondisioner sistemlərindəki soyuducu qazın tənzimləyici uygunsuzluğu səbəbiylə “Avropa Ədalət Məhkəməsində” iddia qaldırıldı.
AB Komissiyası qərarına əsas olaraq, \”Almaniyanın, Daimler AG sirkətinin çıxardığı vasitələrin kondisionerlərində qadağan olunmuş qazlarlardan istifadə edilməsinə göz yumması\” göstərildi.
AB istehsal olunan avtomobillərin bazara şıxarılmadan əvvəl təhlükəsizlik, ətraf mühit və istehsal ehtiyaclarının uyğunluğunun ölkələrin səlahiyyətli qurumları tərəfindən nəzarət edilməsi lazım olduğuna diqqəti çəkən açıqlamada, \”Almaniya, avtomobil istehsalçısı Daimler AG-nin uyğunluq sertifikatı olmadan AB bazarlarına avtomobillərini təqdim etməsinə icazə verir və bu vəziyyəti düzəltmək üçün lazımı addımlar atmır \”ifadəsi yer alıb.
Lufthansa
Alman hava yolu şirkəti Lufthansa, son bir il içində pilotlarının və kabin vəzifələrinin dəfələrlə tətil etməsi səbəbiylə böyük maddi itkiyə uğrayarkən, qohum şirkət olan “Germanwings”ə aid təyyarənin qəzaya uğraması da şirkətin prestij itkisinə və çətin günlər keçirməsinə səbəb oldu.
Yüksək xərclər, tətillər və Körfəzdəki hava yollarının sərt rəqabəti Lufthansa-nın 2014-ci ildə zərər etməsinə yol açdı. Şirkətin zərəri 2014-ci ildə 732 milyon avroya yaxınlaşarkən, keçən ilin aprel ayından bu yana edilən tətillər səbəbiylə də 232 milyon avroya çatdı. Zərər ucbatından səhmdarlarına qazanc payı verə bilməyən şirkətin birjadakı hissələrinin dəyəri düşmüşdü.
“Swiss” və “Austrian” hava yolu şirkətlərini almasına baxmayaraq kifayət qədər gəlir əldə edə bilmədiyi üçün yeni investisiyalar edə bilməyən şirkət, flotlarını yeniləmə imkanını da olmadı.
Lufthansa Qrupu, keçən il etdiyi açıqlamada 2015-ci il üçün planlaşdırılmış böyümə həcmini gəlirlərindəki çətinliklər səbəbiylə mövcud kreslo/kilometr əsasında 5 və 3 faiz-ə endirildiyini bildirmişdi. Daha əvvəl, 2015-ci ildə 2 milyard avro gəlir əldə edən firma, bu hədəfini 1 milyard avroya endirdi.
SİEMENS
Almaniyanın ən böyük firmalarından “Siemens”in səlahiyyətliləri də fevral ayında, dünya üzrə 7 min 800 adamın işdən çıxarılmasının planlaşdırıldığını açıqladı. Daha əvvəl də şirkətin enerji hissəsində 1200 adamın işdən çıxarılacağı vurğulanmışdı.
Siemens baş direktoru (CEO) Joe Kaeser, Siemens-in son 25 ildə ən böyük yenidən qurulmasını 2014-ci ilin may ayında başlatmışdı. Bu dövrdə, \”Vizyon 2020\” anlayışı açıqlanmış və bu çərçivədə elektrikləşdirmə, avtomatlaşdırma və rəqəmsallaşdırma sahələrindəki böyümə fəaliyyətlərinə yönələcəklərini bildirilmişdi.
Deutsche Bank
Almaniyada avtomobil firmaları ilə yanaşı maliyyə sektorunda fəaliyyət göstərən bəzi şirkətlərdə də inzibati və maliyyə çətinlikləri yaşanır. Almaniyanın ən böyük banklarından “Deutsche Bank”ın həmsədrlərindən Anshu Jain və Jürgen Fitschenin erkən istefaların üzərinə CEO mövqesinə John Cryan\’ın təyin edildiyi bildirildi.
“Deutsche Bank” rəhbərləri, oktyabr ayında isə ilin 3-cü rübündə 6 milyard avro zərər edildiyini, bankın dünya daxilində 10 ölkədəki fəaliyyətlərinə son verəcəyini və təxminən 35 min adamın işdən çıxarılacağını bildirdi.
BAMER Gek
Almaniyanın ən böyük səhiyyə sığortası şirkətlərindən “Barmer GEK”dən keçən il edilən açıqlamada, təxminən 3 min 500 işçinin, pisləşən bazar şərtləri və dəyişən müştəri profili səbəbiylə işdən çıxarılmasının planlandığına yer verildi.
ENERJİ FİRMALARI
Almaniyanın ən vacib enerji şirkətlərində də struktur dəyişikliklər və parçalanmalar meydana gəldi. İlk olaraq “E.ON”un, enerji bazarındakı sürətli dəyişmələri ələ almaq və aktivlərinin dəyər qazanmasını asanlaşdırmaq məqsədiylə biri bərpa olunan enerji, digəri də ənənəvi enerji olmaq üzrə 2 ayrı firmaya ayrılacağı qeyd edildi. Şirkətin, İspaniya və Portuqaliyadakı bütün fəaliyyətlərini Avstraliyalı investisiya firması Macquarie\’ye 2,5 milyard avroya satdığı da açıqlandı.
Ardından bir digər böyük enerji firması “RWE”nin də bərpa olunan enerji, enerji nəql xəttləri şəbəkəsi və pərakəndə əməliyyatlarını quracağı yeni şirkətə daşımağı planlaşdırdığı ifadə edildi.
Hər iki şirkətin yenidən qurulması yeni investisiya və innovasiya planlarının bir hissəsi olaraq göstərilsə də bu siyasətlər, hökumətin nüvə enerjisindən yavaş yavaş çıxmağı nəzərdə tutan proqramında qarşılaşılacak maddi zərərləri minimuma endirmək ilə əlaqəli addımlar olaraq qiymətləndirilir.
İnterpress.az