Ev sahibinin dostu ilə yatdı – Kirayə puluna görəbackend

Ev sahibinin dostu ilə yatdı – Kirayə puluna görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Lənkəran rayon sakini, 1987-ci il təvəllüdlü Ş.Əsədova özü polisə müraciət edərək məlumat verib.

O bildirib ki, 2014-cü ildə Cavadxan küçəsində yaşayan 1987-ci il təvəllüdlü G.İsmayılovanın dəvəti ilə onun evində bir müddət qalıb. Sonra G.İsmayılova ondan kirayə haqqı olaraq 400 manat pul tələb edib. Ş.Əsədova pulu olmadığını dedikdə isə G. İsmayılova ona öz tanışı ilə cinsi əlaqədə olmağı təklif edib və deyib ki, bunun qarşılığında həmin şəxsdən kirayə pulunu alacaq.

Əlacsız vəziyyətdə qalan Ş.Əsədova bununla razılaşır və həmcinsinin tələbini yerinə yetirir. Bu yaxınlarda isə G.İsmayılova onun fahişəliklə məşğul olduğunu qohumları arasında yayacağı ilə hədələyərək onu şantaj edib. Bunu etməməyin müqabilində isə Ş.Əsədovadan 5 min dollar tələb edib.

Ş.Əsədovanın şikayəti əsasında araşdırma aparılır.(qafqazinfo)

İnterpress.az