Meksikada attraksiondan yıxılan 18 yaşlı qız ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Meksikanın Kabo-San-Lukas şəhərində əyləncə parkında baş verən faciə nəticəsində 18 yaşlı Qabriela adlı qız həyatını itirib.
Məlumata görə, gənc qız “Loop Fighter” adlı, “Mayatnik” kimi tanınan attraksiona minərkən təhlükəsizlik bərkidiciləri onu saxlamayıb. Nəticədə o, təxminən 24 metr hündürlükdən yerə düşərək ağır xəsarətlər alıb.
Qabriela xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd olunur ki, faciədən cəmi dörd gün əvvəl yerli hakimiyyət orqanları yarmarkada quraşdırılan attraksionları yoxlayıb. Həmin vaxt yoxlama zamanı hər hansı pozuntu və ya problem aşkarlanmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






