Biz fotosubutla, dünən yayılan “söndürülüb” xəbərinin ziddiyyətini araşdırmaq üçün SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevə dəfələrlə, bir-neçə telefonla zəng etsək də, o, telefonunu açmadı.
Bir az öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında İnterpress.az-ın verdiyi xəbəri təsdiqləyib:
““Günəşli” yatağının 10-cu stasionar özülündə iki qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur”.
İnterpress.az