SOCAR-ın gizli anbarı –Cilov adasıbackend

SOCAR-ın gizli anbarı –Cilov adası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyatının 13 ilini SOCAR-da çalışan həmsöhbətimiz hazırda İsveçrədə yaşayır. Biz onunla internet vasitəsilə əlaqə yaratdıq və eşitdiklərimizdən dəhşətə gəldik. Əslində büdcəmizin bu şəkildə tarmar edilməsi nə qədər acı olsa da reallığdır.

Bu barədə interpress.az-a danışan həmsöhbətimiz öncə 28 May Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) niyə görə dənizdə, Cilov adasında yerləşdirildiyinin səbəblərini soruşdu. Təbii, biz də bilmədik.
Adının çəkilməsini istəməyən mənbə deyir ki:“İdarənin niyə görə adada yerləşməsi səbəbi məni də uzun müddət düşündürdü. Amma gördüklərim məni ayıltdı sanki. SOCAR sadəcə olaraq bu idarədə dövlətin büdcəsini elə “əridir ki” sanki su da səsini batırır və kənara çıxmağa qoymur. SOCAR çirkli işlərinin əksəriyyətini bu adada görür”.

Həmsöhbətimiz başqa bir diqqət çəkən iddia irəli sürdü: “Sizə sadə bir fakt deyim, məsələn, burada idarə heyəti 2 növbə ilə işləyir. Dəniz əmsalı ilə maaş alır. Çoxu da onun-bunun qohumudur. Bütün normal idarələr Bakıda yerləşdiyi halda bu idarə adada yerləşir. Bu adada ancaq SOCAR rəhbərliyində təmsil olunan şəxslərin yaxın adamları çalışır, özü də yüksək maaşla. Dənizdə çalışanlar üçün nəzərdə tutulan bütün imtiyazlardan bu adamlar yararlanır”.
Adaya yad adam ancaq idarə rəisinin razılığı ilə buraxılır.

Sabiq SOCAR işcisinin iddiasına görə: “Cilov adası SOCAR-ın dövlət büdcəsinidən etdiyi talançılığı gizlətməsi üçün ideal yerdir. Üstəlik, Cilov adasını saxlamaq üçün büdcədən külli-miqdarda vəsait xərclənir. Hələ bu adadakı idarəyə giriş- çıxış üçün nəqliyyata qurudakından 5 dəfə çox büdcə ayrılır ki, bu da yeyinti yeridir. İstədiyin qədər doldur ciblərini. İşçi personalı, adada abadlıq işləri, gəmi nəqliyyatı, “mühafizə” və s. xeyli vəsait tələb edir”.

13 ilin neftçisi deyir ki, bu idarədə oturan, heç bir işlə məşğul olmayan katibə, dənizdə, platformada işləyən neftçidən çox maaş alır:
“Platformalara ayrılan materialın, avadanlığın hamısı bu adaya gəlir və buradan “toçkalara” “paylaşılır”. Maraqlıdır, niyə görə, bu idarənin Bayılda bazası olduğu halda bütün platformalara ayrılan materiallar ora deyil, məhz Cilov adasına göndərilir? Amma bütün bunlara baxmayaraq, 28 may NQÇİ-də həmişə texnika və avadanlıq çatışmazlığı var.

Azərbaycanda başqa elə bir idarə yoxdur ki, o adada yerləşsin”.

Qeyd edək ki, adanın uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Adada qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülüb. Ən hündür yeri 8 m təşkil edir.Sahilləri çox girintili- cıxıntılıdır. Nə qədər qəribə olsa da, SOCAR prezidenti Rövnəq Abdullayev burada indiyə qədər 35 min ağac əkildiyi haqqında danışarkən deyib ki, ağacların sayını 100.000 -ə çatdıracaq.

Təcrübəli neftçi olan soydaşımıza da bu 100.000 ağac söhbəti çox qəribə gəldi:

Adları sənəd üzərində gedən bağbanların üzünü o adada işləyənlər heç vaxt görməsələrdə hər bir bağban dənizin lap təhlükəli yerlərində işləyən neftçi qədər maaş alır”.

“Kiçik bir adaya yüz min ağacı necə yerləşdirmək olar? Yəqin ki SOCAR rəhbəri ağacların əkiləndən sonra böyüyəcəyinin fərqinə varmayıb. Bizdə belədir axı, ağac əkmək insanlıq borcu, savab deyil. İkincisi də, SOCAR aqro-texniki idarə deyil axı. Yaşıllaşdırma işinə baxan icra başçıları var, yaşıllaşdırma idarəsi var.
Amma 35 min ağacın əkildiyini deyənlər, bu qədər ağacın alınıb əkilməsi üçün büdcədən o ki var vəsait siliblər. Üstəlik, Cilov adasında bu ağaclara görə böyük bir bağban ştatı açıblar. Az qala bağbanların sayı da ağacların sayına çatdırılsın. Adları sənəd üzərində gedən bağbanların üzünü o adada işləyənlər heç vaxt görməsələr də, hər bir bağban dənizin lap təhlükəli yerlərində işləyən neftçi qədər maaş alır”.

Qeyd edək ki, Cilov adası Xəzər dənizində, Abşeron arxipelaqında yerləşir.
Məskunlaşma əsasən adanın şərqində Çilov qəsəbəsindədir. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. Əhalisi 2008-ci ilin yanvarına olan məlumata əsasən 791 nəfər təşkil edir. Müxtəlif vaxtlarda əsasən hasilatın yüksək olduğu zamanlar adanın əhali sayı 2400 nəfər təşkil edib. Qəsəbədə 131 saylı məktəb,50 yerlik uşaq bağçası fəaliyyət göstərir.

Tibbi-stosianar məntəqə də vardır. Əhalinin həyətyanı sahələrində mal-qara, qoyun-keçi, toyuq-çüçə saxlanılır hətta burada az miqdarda meyvə ağaçları və üzüm tingləri mövcuddur. Suya olan tələbat iri cənlərə vurulan dəniz suyunun saflaşdırılması sayəsində ödənilir. Bu yolla suya olan təlabatı tam ödəmək mümkün olsa da, adaya gəmilər vastəsilə su gətirilir.

Ərazi əsasən neft və qaz ehtiyyatlar ilə zəngindir.Buranın mənimsənilməsinə 1948-ci ildə başlanıb.
Genişmiqyaslı hasilat işləri 1952-ci ilə təsadüf edir. İndiyənə qədər Çilov adası və onun şelf ərazilərində 115 quyu qazılıb hasilata verilib. (2010-cu ilə olan məlumata əsasən hazırda yalnız 31 quyu istismar edilir). 2010-cu ilə qədər olan ümumi hasilat 4,81 milyon ton təşkil edib. Günlük hasilat ortalama 80 tondur. Hasilatı SOCAR istehsalat birliyinin 28 may neft-qaz cıxarma idarəsi tərəfindən həyata kecirilir. Cıxarılan neft sualtı borularla Dübəndi limanına catdırılır. 2010 cı ildə ümumi 5 198 519 ton neft hasil edilib. 2011-cı ilin 4 ayı ərzində qaz hasilatı 1885618 m³ təşkil edib. Əhali əsasən neftçıxarma sahələrində işləyir.

Qeyd: Yazıda səslənən iddialara qarşı ARDNŞ-nin də mövqeyini yayımlamağa hazırıq

Abuzər
İnterpress.az