İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıbbackend

İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Sudan Respublikası İranın ölkədəki səfirini \”persona non-qrata\” (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyin bütün əməkdaşlarının ölkəni tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb\”, – deyə administrasiya vurğulayıb.

Bu arada Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.

Məlumata görə, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib. Bundan başqa, BƏƏ İrandakı səfirini geri çağırıb.

Xatırladaq ki,bundan əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn də İranla diplomatik əlaqələri kəsib. Ən maraqlısı isə odur ki, İranla əlaqələri kəsən bu üç ölkə İslam Hərbi Koalisiyasının üzvləridir. (report)

İnterpress.az