Yəhudilərə şprislə hücum edən rusiyalı model SAXLANILDI – FOTO/VİDEObackend

Yəhudilərə şprislə hücum edən rusiyalı model SAXLANILDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Permdən olan model Nyu-Yorkda kişilərə hücum etdiyinə görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Rusiyanın Perm şəhərindən olan 32 yaşlı Anna Nyu-Yorkda bir neçə kişiyə hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, qadın əvvəlcə 26 yaşlı ravvinin kürəyinə şprislə iynə vurub. Beş dəqiqə sonra isə 37 yaşlı yəhudi kişiyə hücum edərək onu bir neçə dəfə itələyib və güllələməklə hədələyib.

Daha sonra qadın başqa bir kişiyə yaxınlaşıb, lakin həmin şəxs müsəlman olduğunu deyəndən sonra ondan əl çəkib.

Hücuma məruz qalan kişilər xəstəxanaya müraciət ediblər. Onların həyatına təhlükə olmadığı bildirilir.

Hüquq-mühafizə orqanları modeli saxlayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və 50 min dollar (təxminən 85 min manat) girov məbləği müəyyən edib.

Xuraman Etibarlı

İnterpress.az