3 kq qızılla üç gün havalandırma şaxtasında gizlənən oğru YAXALANDI – VİDEObackend

3 kq qızılla üç gün havalandırma şaxtasında gizlənən oğru YAXALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mağazadan 3 kq qızıl oğurlayan oğru üç gün tavandakı havalandırma şaxtasında gizlənib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Türkiyədə zərgərlik mağazasından 3 kq qızıl oğurlayan oğru üç gün tavandakı havalandırma şaxtasında polisdən gizlənib.

İlk gün hüquq-mühafizə orqanlarının əməkdaşları bütün binaları yoxlasalar da, nəticə əldə olunmayıb.

Daha sonra ticarət mərkəzində ticarət davam edib, baxmayaraq ki, alıcılar “tavandan bəzi səslər gəlir” deyirdi.

Ertəsi gün çağırılan təlim keçmiş itlərin də heç bir faydası olmayıb. Yalnız üçüncü gün ticarət mərkəzi tamamilə bağlanıb və tavanın bir hissəsi söküləndə soyğunçu aşkarlanıb.

Oğru sığınacağının təhlükə altında olduğunu başa düşüb və qaçmağa çalışıb.

Xuraman Etibarlı

İnterpress.az