Rusiyada 30-dan çox insan “Olavoda” brendi altında sudan zəhərlənib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb. Bildirilir ki, Uralda 30-dan çox insan “Olavoda” brendi altında sudan zəhərlənib.
Onu istehsal edən şirkətin işi müvəqqəti dayandırılıb. Şirkətin anbarında milçəklər və ölü həşəratlar, Sverdlovsk vilayətinin Pervomayski kəndindəki qablaşdırma sexində isə əlləri yuyulmamış işçilər tapılıb.
Yerli məhkəmə icraçıları xidməti bildirib ki, suyun özü həm 18,9 litrlik, həm də 5 litrlik qablarda mikrobioloji göstəricilərinə görə qeyri-qənaətbəxş keyfiyyətə malikdir.
Xuraman Etibarlı
İnterpress.az