Tənzilə Rüstəmxanlı: “Türkiyədəki səfirimiz Azərbaycan dilində rus kimi danışır”backend

Tənzilə Rüstəmxanlı: “Türkiyədəki səfirimiz Azərbaycan dilində rus kimi danışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə paylaşdığı statusunda, bu günlərdə Azərbaycan, Makedoniya, Qana və Türkiyənin mədəniyyət nazirlərinin yer aldığı, Tükiyədə keçirilən Dünya Turizm Forumu toplantısında baş verən xoşagəlməz olaya toxunub. Deputat yazıb ki, onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycan xəritəsində işğal altındakı Dağlıq Qarabağ göstərilməyib. Deputat bunu bağışlanmaz hadisə adlandırıb:
“Türkiyənin Azərbaycandakı səfirliyinin verdiyi cavab məni xeyli təəccübləndirdi: “Dağlıq Qarabağ məsələsində Türkiyə hökümətinin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
İnterpress.az xəbər verir ki, bu olaya Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı münasibət bildirib. O, millət vəkili Fazil Mustafaya bu mövzunu qabartdığı üçün təşəkkür edib və Azərbaycanı dünyada təmsil edən nümayəndələrin daha çox milli düşüncəyə sahib insanların arasından seçilməsinin vacibliyini önə çəkib:
“Bu gün millət vəkili Fazil Mustafanın bir yazısı diqqətimi çəkdi. Çox təşəkkürlər Fazil bəy, önəmli bir məsəlini qabartmısınız. Uzun illərdir, bir çox ölkələrdə Qarabağla bağlı konfranslarda oluram. Şahid olduğum bir problem məni çox narahat edir. Azərbaycanın xaricdə olan səfirləri və səfirlik işçilərinin çoxu rusdilli və rus düşüncəlidirlər. Onlar Azərbaycan dilində doğru dürüst danışa bilmirlər. Səfirliklərdə işçilər öz aralarında rusca danışırlar və milli məfkurədən çox uzaqdırlar. Sizcə bunların Azərbaycanın Qarabağ dərdinə münasibəti necə olamlıdır? Xarici işlər nazirimiz özü də o qəbildəndir. Türkiyədəki səfirimiz də onun yaxın qohumudur. Azərbaycanın Türkiyədəki səfiri Azərbaycan dilində rus kimi danışır, özü də nurçuların əhatəsindədir. Azərbaycanın xarici işlər naziriliyinə gün ərzində zəng vur, bir dənə adam tapa bilməzsən ki, sənə cavab versin. Onların nə Azərbaycan vecinədi, nə də Qarabağ. Bu nazirlikdə idarə müdürləri var ki, anası və ya xanımı ermənidir. Bunlar dayılarının əleyhinə işləyərlər? Belə bir önəmli nazirlikdə işğalçı, qan düşmənimiz olan erməninin nümayəndələrimi vəzifə tutmalıdır? Önümüzdəki illərdə Həsən Zeynalov (Azərbaycanın İstanbuldakı sabiq konsulu) kimi milli bir adamın Türkiyədən uzaqlaşdırılmasının çox acı nəticələrinin şahidi olacağıq. İndi milli düşüncəyə sahib olan adamları önəmli vəzifələrdə görmək istəmirlər. Bəli, Türkiyə bizim qardaşımızdır. Amma unutmayaq ki, erməni diasporasının ən güclü olduğu ölkələrdən biri də Türkiyədir. Yaxın tariximizdə Türkiyədə on minlərlə insanın “Hepimiz ermeniyiz” deyərək yürüdüyü, “erməni soyqrırımına” görə, aydınların ermənilərdən üzr istəmə kampaniyası başladığına da şahid olduq. Demək istəyirəm ki, Türkiyəmizdə daha çox çalışmağımız lazımdır. Ermənilər Türkiyə mətbuatında önəmli yerləri tutmaqdadırlar. “Aqos” kimi bir qəzetləri var ki, həm türk, həm də erməni dilində yayımlanır. .Türkiyədə hökumətlər hər zaman Azərbaycanın tərəfində olub. Amma unutmayaq ki, Türkiyə Osmanlının varisidir. Yüz illərdir o məmləkətdə yaşayan və türk düşmənliyi edən ciddi bir erməni toplumu var. Bu erməni toplumu çox güclü şəkildə daxili və xarici dəstəyə sahibdirlər. Dövlətin xarici siyasətindən sorumlu olan bir nazirliyin işçiləri daha çox milli düşüncəyə sahib olmalı deyillərmi? Azərbaycanın dövlət maraqları hər şeydən, xüsusilə də, qohumluq prinsipindən daha üstün olmalıdır. Bizim bu gün milli düşüncəyə sahib, Azərbaycan türkçəsində danışan diplomatlarımıza daha çox ehtiyacımız var”.

İnterpress.az