Mehriban Əliyeva Bakıdakı səfirlərin xanımlarını bir yerə yığdıbackend

Mehriban Əliyeva Bakıdakı səfirlərin xanımlarını bir yerə yığdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci xanım Mehriban Əliyeva qonaqları salamlayaraq diplomatik missiya rəhbərlərinin və onların həyat yoldaşlarının ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiklərini, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün gözəl imkan olduğunu bildirib.

\”Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər…

Mən sizə bu görüşə və ölkəmizdə göstərdiyiniz fəaliyyətə görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı diləyirəm. Ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram\”, – deyə M.Əliyeva vurğulayıb.

Görüş çay süfrəsi arxasında gələcəkdə reallaşdırılması mümkün olan layihələr, görüləcək işlərlə bağlı söhbətlə davam etdirilib.

Sonda xatirə şəkli çəkdirilib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub. (azərtac)

İnterpress.az