Kişi futbola baxmaq üçün həyat yoldaşını zirzəmidə stula BAĞLADIbackend

Kişi futbola baxmaq üçün həyat yoldaşını zirzəmidə stula BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də kişi futbol matçına baxmaq üçün həyat yoldaşını zirzəmidə stula bağlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

ABŞ-də 64 yaşlı kişi futbol matçını rahat izləmək üçün həyat yoldaşını yapışqan lentlə stula bağlayaraq zirzəmiyə kilidləyib.

Qadın polisə müraciət etdikdən sonra kişi saxlanılıb. Ona qanunsuz olaraq azadlıqdan məhrumetmə və məişət zorakılığı ittihamları irəli sürülüb.

Məlumata görə, kişini 10 ilədək həbs cəzası və külli miqdarda cərimə gözləyir.

Xuraman Etibarlı

İnterpress.az