Rusiyanın Barnaul şəhərində iki yeniyetmə qızları təsirləndirmək üçün çoxmərtəbəli binadan tullanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Barnaul şəhərində iki məktəbli yeniyetmənin çoxmərtəbəli binadan tullanması faciə ilə nəticələnib.
Məlumata görə, yeniyetmələr küçədə yaşıdları olan iki qızla tanış olub və birlikdə gəzməyə başlayıblar.
Sərxoş vəziyyətdə olan oğlanlar binadan tullana biləcəklərini deyiblər. Qızlar isə bunu zarafat hesab edərək sözlərinə əhəmiyyət verməyiblər. Bir neçə dəqiqə sonra faciə baş verib.
Bildirilir ki, yeniyetmələrin əvvəllər belə davranışları müşahidə olunmayıb. Onlardan biri hokkeylə məşğul olub və idman həyat tərzi sürüb.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az






