86 yaşlı qadını öldürən 25 yaşlı oğlan tutulubbackend

86 yaşlı qadını öldürən 25 yaşlı oğlan tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon Polis Şöbəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində Kəlbəcər rayon sakini, 1930-cu il təvəllüdlü Maral Nəsibovanı qətlə yetirən şəxsin Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Aqil İsmayılov olması müəyyən edilərək tutulub.

Qeyd edək ki, martın 14-də 86 yaşlı Maral Nəsibovanın küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı Yevlax şəhəri 32-ci məhəllə ev 4 mənzil 32-də aşkarlanıb.(apa)

İnterpress.az